Adil Qeybulla, həkim

Qeybulla: “Bizdə ən böyük problem donor bankının yaradılmasıdır”

87
(Yenilənib 15:24 27.01.2018)
Həkim Adil Qeybulla deyir ki, orqan nəqli məsələsi sistem şəklini almalıdır

Milli Məclisin Səhiyyə Komitəsinin 2018-ci il yaz sessiyasının iş planına “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əlavə və dəyişiklər layihəsinin müzakirəsi daxil edilib. Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda əsasən böyrək, qaraciyər orqanlarının transplantasiyası əməliyyatları keçirilir: 

“Orqan nəqli məsələsi sistem şəklini almalıdır. Donor haqqında qanun qəbul edilməli, həmçinin donor bankı yaradılmalıdır. Bunun sistem şəklində həyata keçirilməsi, ancaq icbari tibbi sığorta şəraitində mümkündür”.

87