Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov

Allahverənov: “Radarların çoxluğu sürücüləri qıcıqlandırmamalıdır”

190
(Yenilənib 20:42 27.01.2018)
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, yollarda quraşdırılan cihazlar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edir

Ötən il avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.  Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, radarların bu qədər çox olmasından sürücülərin narazı qalması təəssüfləndiricidir: 

“Bu cihazlar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasında uğurla iştirak edir. Ona görə də bu cihazların istifadəsi mütləqdir. Həmçinin yol hərəkəti iştirakçıları da qanunlar çərçivəsində hərəkət etməlidirlər”.

190