Elşad Məmmədov

Məmmədov: “Bankların sayı azaldılmalıdır”

183
(Yenilənib 10:08 24.01.2018)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, bankların sağlamlaşdırılması prosesi təkcə onların bağlanmasından ibarət olmalı deyil

Elşad Məmmədov: “Faiz dərəcələri bank sektorunun sağlamlaşdırılmasına əngəl törədir”
“Azərbaycanda bankların sağlamlaşdırılması prosesini sürətləndirmək lazımdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

“Bankların sağlamlaşdırılması prosesi təkcə onların bağlanmasından ibarət olmalı deyil. Hazırda ölkədəki faiz dərəcələri bank sektorunun sağlamlaşdırılmasına əngəl törədir. Ümumilikdə ölkədə 30 bank fəaliyyət göstərir ki, bu da böyük rəqəmdir. Bankların sayının azaldılması məqsədə uyğundur. Ancaq bu, bankların bağlanması yox, birləşdirilməsi yolu ilə olmalıdır” — deyə o bildirib.

183
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “İrandan silah alacaq ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər”

26
(Yenilənib 10:24 21.10.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmır
Elxan Şahinoğlu: “İran müasir silah texnologiyaları almağa çalışacaq”

“Silah embarqosunun ləğvindən sonra rəsmi Tehran silah almağı yox, əksinə, külli miqdarda silah satmağı planlaşdırır”. Bunu İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, İranın hər zaman müasir silah texnologiyalarına ehtiyacı olub və indi də var:

“Silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmıram. Bunun nəticəsi olaraq həmin ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər. Bununla belə İran özünə tərəfdar qrupları silahlandırmağa davam edəcək. İran çalışacaq ki, Rusiyadan və ya hansısa Avropa ölkəsindən müasir silah texnologiyaları alsın. Problem burasındadır ki, hazırda İran iqtisadiyyatı ağır günlərini yaşayır və hansı pulla bu texnologiyaların idxal ediləcəyi sual altındadır”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

26
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

33
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

0
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə