Psixoloq Günel Aslanova

Aslanova: “İnsanlar alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər”

151
(Yenilənib 23:38 21.01.2018)
Psixoloq Günel Aslanova deyir ki, insanlar belə kampaniyalara bilərəkdən və bilməyərəkdən aldanır

Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Ancaq endirimlər zamanı məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır. Psixoloq Günel Aslanova Sputnik Azərbaycan-a deyir ki, bu əməllərin “qurbanı” olan müştərilər iki yerə bölünür:

“Bilərəkdən bu kampaniyalara aldananlar və bilməyərəkdən kampaniyaya inananlar. Xəbərsiz müştərilər qiymətə aldanıb “qabağa düşmək” istəyirlər. Bu da kütlə psixologiyasından qaynaqlanır. Hamı gedir deyə onlar da aldanıb gedirlər. Bilənlər isə düşünürəm ki, depressiyada olanlardır. Alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər”.

151