Politoloq Arzu Nağıyev

Nağıyev: “Rusiya nüfuzunu artırmaq üçün Qarabağ münaqişəsinin həllinə töhfə verməlidir”

189
(Yenilənib 10:46 17.01.2018)
Politoloq Arzu Nağıyev deyir ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli yolla həlli mühüm amildir

“Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, xarici işlər nazirlərinin yanvar ayında baş tutacaq görüşündə əldə olunacaq müsbət nəticələr, daha sonra prezidentlərin görüşü üçün yol aça bilər: 

“Rusiya bu məsələlərdə açar fiqurdur. Azərbaycanın məqsədi münaqişəsinin suverenlik çərçivəsində, danışıqlar yolu ilə həll edilməsidir. İndiki zamanda mərhələli yolla münaqişəsinin həllinə çalışılması mühüm amildir”.

189