Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov

Hüseynov: “ABŞ Rusiya KİV-lərinin sıxışdırılması üçün addımlar atır”

111
(Yenilənib 16:39 12.01.2018)
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, ABŞ mətbuatı Tramp administrasiyasının Rusiya ilə olan indiki əlaqələrini sərt tənqid edir

Rizvan Hüseynov: “Rusiyada qərb yönümlü media üçün sıxıntılar yaranıb”
Moldova parlamentinin spikeri Andrian Kandu ölkədə yayımlanan rus xəbər və analitika verilişlərini qadağan edən qanunu təsdiqləyib. 

Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ABŞ həm öz ərazisində, həm Avropa ərazisində Rusiya KİV-lərinin sıxışdırılması üçün addımlar atır: 

“Gözlənilirdi ki, Tramp prezident olduqdan sonra ABŞ-Rusiya münasibətləri yaxşılaşacaq, ancaq belə olmadı. ABŞ-da konqres və mətbuat Tramp administrasiyasını və ölkənin Rusiya ilə olan indiki əlaqələrini sərt tənqid edir”.

111

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

12
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Düsen Kaseinov, arxiv şəkli

Düsen Kaseinov:“Dini abidələrin dağıdılması bəşəriyyətin təhqir olunmasıdır”

12
(Yenilənib 10:02 19.01.2021)
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək
Düsen Kaseinov:“Dağıdılmış irsimizin qısa zamanda bərpa ediləcəyinə inanıram”

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Sputnik Azərbaycan xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında  Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpasını arzuladığını söyləyib.

“Bu, dağıntılar bütün bəşəriyyətə qarşı törədilib. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir. Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin. Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”, – deyə baş katib bildirib.

Düsen Kaseinovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12

İsmayıllının qaranlıq günü: Orada işıqlar niyə sönür?

0
(Yenilənib 14:32 20.01.2021)
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu: "Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:

"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".

0