Директор Центра истории Кавказа, старший научный сотрудник Института права и прав человека НАНА Ризван Гусейнов

Hüseynov: “Türkmənçay müqaviləsinin ideoloji əhəmiyyəti var”

106
(Yenilənib 14:08 10.01.2018)
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Türkmənçay müqaviləsi İngiltərə və Rusiya arasındakı müharibənin nəticəsidir

Rizvan Hüseynov: “Türkmənçay müqaviləsinin arxasında İngiltərə dayanır”
“Türkmənçay müqaviləsinin həm siyasi, həm də ideoloji əhəmiyyəti var”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

“Bu müqavilənin arxasında həm də İngiltərə dayanır. O zamanlar İran ərazisində Rusiya və İngilitərə müharibə aparırdı. Türkmənçay müqaviləsi də o vaxtkı müharibənin nəticəsi olaraq İngiltərə və Rusiya arasında çəkilmiş sərhədlərdir”- deyə o bildirib.

106
Siqaret, arxiv şəkli

DİN rəsmisi siqaret çəkməyin qadağan olunduğu məkanları açıqlayır

49
(Yenilənib 14:11 26.11.2020)
Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyir ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır
Elşad Hacıyev: “Bu yerlərdə tütün məmulatlarının istifadəsi qadağandır”

“Tütün məmulatlarının ictimai yerlərdə istifadəsi ilə bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun var. Həmin qanunda harada siqaretdən istifadə oluna biləcəyi göstərilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyib.

“Qanuna istinadən bildirirəm ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır. Pandemiya şəraitində nəzərə alınmalıdır ki, açıq hava məkanlarında – bankomatların qarşısında, dayanacaqlarda, yeraltı və yerüstü keçidlər kimi koronavirus riski daşıyan yerlərdə, harada ki sosial məsafə gözlənilməlidir orada, tütün məmulatlarının istifadəsi qadağandır”, – deyə E.Hacıyev bildirib.

Elşad Hacıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

49
Teqlər:
risk, Koronavirus, epidemiya, COVID-19, icazə, məkan, cərimə, Elşad Hacıyev, qadağa, siqaret çəkmək, tütün məmulatları, siqaret
Политолог Фикрет Садыхов на заседании Клуба политологов

Politoloq: “Baydenin hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”

16
(Yenilənib 00:30 25.11.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatların Avropa münasibətlərini qırılmış hesab etmək doğru olmaz
Fikrət Sadıxov: “ABŞ bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Tramp prezident olduğu müddətdə ABŞ Avropa münasibətlərini müəyyən dərəcədə gərginləşdirdi: “Avropa Birliyi dünya siyasi məkanında öz siyasi ambisiyalarını həmişə yüksək tutub. ABŞ isə dominant davranışları ilə bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi. Amma ümumilikdə bu münasibətləri qırılmış hesab etmək doğru olmaz. Çünki Trampın prezidentliyi dönəmində tərəflər arasında görüşlər keçirilirdi. Düşünürəm ki, Bayden hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ABŞ Administrasiyasının Ümumi İşlər üzrə İdarəsinin rəhbəri Emili Merfiyə, həmçinin öz administrasiyasının üzvlərinə növbəti administrasiyaya səlahiyyətlərin təhvil verilməsi üzrə ilkin prosedurlarlarla bağlı "zəruri olan işləri görməyi" tövsiyə edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Teqlər:
Fikrət Sadıxov, Co Bayden, Avropa Komissiyası, Avropa Şurası, Avropa, ABŞ
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi bəlli oldu

0
(Yenilənib 14:43 26.11.2020)
"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə görə, "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır.

"Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri qanunla müəyyən olunur. "Vətən Müharibəsi Qəhrəmanı" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- "Vətən Müharibəsi Qəhrəmanı" medalı;

- "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

"Vətən Müharibəsi Qəhrəmanı" eyni şəxsə bir dəfə verilir. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edirlər. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Qanuna layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

0
Teqlər:
Milli Məclis, medal, Azərbaycan