Eyyub Hüseynov

Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətindən çox şey gözlənilir”

159
(Yenilənib 16:13 29.12.2017)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, biz ictimai birlik olaraq 20 illik təcrübəmizi bölüşmək istəyirik

Eyyub Hüseynov: “Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun qəbul olunmalıdır”
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin gələn il yanvarın 1-dən fəaliyyətə başlaması üçün bütün zəruri hüquqi baza yaradılıb. Bu fikri dekabrın 27-də Qida Təhlükəsizliyi Komissiyasının Nazirlər Kabinetində keçirilən növbəti iclasında baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, uzun müddətdir ölkədə qida təhlükəsizliyi sahəsində vəziyyət acınacaqlı haldadır: 

“Ölkəmizdə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Agentliklə bərabər qida təhlükəsizliyi haqqında qanun da qəbul edilməlidir. Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyinin işində yaxında iştirak etsə, heç də pis olmaz”.

159
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc

Vüqar Oruc: “Əmlak bazarında durğunluğa əsas yoxdu”

5
(Yenilənib 16:05 03.12.2020)
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc deyir ki, əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar
Vüqar Oruc: “Əmlak bazarında böyük canlanma yaranacaq”

“Torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

“Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar. Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq”, – deyə o bildirib.

Vüqar Orucun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5
Müslüm İbrahimov

Professor: “Azərbaycanda Rusiya mənşəli emal sənaye komplekslərinin yaradılması vacibdir”

9
(Yenilənib 13:41 04.12.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, Rusiya son on il ərzində kənd təsərrüfatının emal sənayesinin formalaşmasında yüksək texnoloji uğurlar əldə edə bilib
Müslüm İbrahimov: “Rusiya ilə əməkdaşlığın artırılması hər zaman aktualdır”

Azərbaycanla Rusiya arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq proqramı iki ölkə arasındakı kənd təsərrüfatı sahəsindəki münasibətləri yeni bir mərhələyə keçirmək üçün hazırlanıb. Bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya arasında kənd təsərrüfatı sahəsində iqtisadi əməkdaşlığın artırılması hər zaman aktualdır:

“Bu gün Azərbaycan kənd təsərrüfatının xammal məhsulları ilə yanaşı, emal məhsullarının da ixracında maraqlıdır. Rusiya son on il ərzində kənd təsərrüfatının emal sənayesinin formalaşmasında yüksək texnoloji uğurlar əldə edə bilib. Ona görə də Azərbaycanda Rusiya mənşəli emal sənaye komplekslərinin yaradılması vacibdir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ"da koronavirusa yoluxan futbolçuların sayı artıb

0
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan çempionu "Qarabağ"da daha beş futbolçunun koronavirus testi müsbət çıxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir.

Məlumata görə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən, Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib
Testin nəticələrinə görə, futbolçular Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçunun - Mahir Emreli Abbas Hüseynovun - müalicələri davam etdirilir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da koronavirusa yoluxub. 

0
Teqlər:
test, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər