CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paşayev: “Metro stansiyalarında konsert olacaq”

© Sputnik. Sevda BabayevaNəsimi Paşayev
Nəsimi Paşayev - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, “Bakı Metropoliteni” bayram günləri üçün xüsusi tədbirlər planı hazırlayıb

Nəsimi Paşayev: “Bakı Metropoliteni gecə saat 1-ə kimi işləyəcək”
“Dekabrın 31-də Bakı Metropoliteni gecə saat 1-ə kimi işləyəcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

“Bakı Metropoliteni” bayram günləri üçün xüsusi tədbirlər planı hazırlayıb. Bayram günlərində metro stansiyalarında konsert proqramları olacaq” — deyə o bildirib.

Xəbər lenti
0