Millət vəkili Elman Nəsirov

Nəsirov: “Azərbaycanın addımları İsrailin əleyhinə yönəlməyib”

169
(Yenilənib 10:25 24.12.2017)
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyir ki, Azərbaycanın atdığı addımlar müstəqildir, ölkəmizin milli maraqlarına söykənir

BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov Sputnik Azərbaycan-a deyir ki, 1995-ci il noyabrın 8-də ABŞ Konqresinin hər iki palatası Qüdsün İsrailin paytaxtı elan edilməsi ilə bağlı qərar qəbul edib: 

“İsrail dövləti çox gözəl bilir ki, Azərbaycanın İsraillə də çox sıx əməkdaşlıq münasibətləri var. Bu addımlar heç bir halda qətiyyən İsrail dövlətinin əleyhinə yönəlməyib”.

169