AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov

Məmmədov: “Rusiya İran hələ Suriyada qalacaq”

106
(Yenilənib 14:22 23.12.2017)
Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov deyir ki, Suriya böhranının həll edilməsi region üçün önəmlidir

Zaur Məmmədov: “Amerika istəməsəydi Suriya böhranı həll olmazdı”
“Suriyada İŞİD-in məhv edilməsində Amerikanın da mövqeyi önəmli idi”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində təşkil edilmiş tədbirdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov deyib.

“Suriyada vətəndaş müharibəsinin bitməsi region üçün yaxşıdır. Çünki Suriyadakı proseslər Cənubi Qafqaza keçə bilərdi. Bu, yaxşı heç nə vəd etmirdi” — deyə o bildirib.

106

Ekspert: “Çimərliklərə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır”

49
(Yenilənib 09:47 05.08.2020)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq
Eyyub Hüseynov: “Operativ Qərargah çimərliklərə indi icazə verməklə doğru addım atıb”

Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, sərt karantin dövründə hər gün çimərliklərin açılması ilə bağlı müraciətlər daxil olub:

“Düşünürəm ki, Operativ Qərargah çimərliklərə getmək üçün həmin vaxt deyil, indi icazə verməklə doğru addım atıb. Bəzi insanlar var ki, bütün il boyu çimərliklərdən istifadə edirlər. Xüsusən də, yeni qərarla bu prosesə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır. Qeyd etməliyik ki, vətəndaşlarımızın çimərlik mədəniyyəti aşağıdır. Çimərliklər vətəndaşlar tərəfindən müxtəlif yollarla çirkləndirilir. İnanıram ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

49
Kinorejissor Elxan Cəfərov

Kinorejissor: “Filmimizin beynəlxalq festivalda iştirakı böyük qələbədir”

3953
(Yenilənib 10:06 04.08.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, Azərbaycan kinosu haqqındakı lazımi qərarların həyata keçirilməsinə ehtiyac var
Elxan Cəfərov: “Biz belə filmlərin sayını artıra bilərik”

Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya beynəlxalq film festivalının “Qızıl şir” mükafatına iddialıdır.

Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan filminin belə bir festivalda iştirakını alqışlayır və bu, böyük bir qələbədir: “Bu təkcə filmin yaradıcı heyətinin deyil, bütün xalqımızın qələbəsidir. Filmimizin belə bir festivalda iştirakı onun peşəkar səviyyədə hazırlanmasından xəbər verir. Biz belə filmlərin sayını artıra bilərik. Bunun üçün Azərbaycan kinosu haqqındakı lazımi qərarların həyata keçirilməsinə ehtiyac var”.

Qeyd edək ki, Venesiya beynəlxalq film festivalı hər il sentyabrın 2-dən 12-dək Lido adasında keçirilir.

Elxan Cəfərovun geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz

3953
Qoruyucu geyimdə olan tibb işçiləri, arxiv şəkli

Pandemiya beş ayını tamam elədi, alimlər hələ bir qərara gələ bilmədilər

1
(Yenilənib 19:10 05.08.2020)
"Sadəcə olaraq, maska nə zaman taxılmalıdır, ilk olaraq bunu dəqiqləşdirmək lazımdır. Adi hallarda qarşınızda he kim yoxdursa, yaxud da arada 2-3 metrdən artıq məsafə varsa, küçədə açıq havada gəzirsizsə, bu zaman maska taxmağa ehtiyac yoxdur" - Ədalət Rüstəm

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Alimlər maska, şərf və sipər arasındakı fərqi aşkarlayıblar. Belə ki, insanlar üzərində aparılan sınaq zamanı belə qənaətə gəlinib ki, maska və şərf sipərlə müqaysədə insan səhhəti üçün daha təhlükəlidir. Belə ki, maska taxarkən və şərflə ağzı bağlayarkən insan daha çox karbon qazı ilə təmasda olur, nəinki sipər taxarkən.

Bu səbəbdən də alimlər maska, şərf deyil, sipər taxmağı tövsiyə edirlər. Çünki maska və şərf karbon dioksidi yenidən ciyərlərə geri qaytarır ki, bu da insan səhhəti üçün təhlükəlidir. Uzun müddət maska taxmaq qandakı oksigenin həcminin azalması deməkdir. Eyni zamanda bu, həm də beyinə gedən oksigenin həcminin azalması deməkdir. Bu isə insanın özünü daha zəif hiss etməsinə səbəb olmaqla yanaşı ö lüm üçün də faktor ola bilər. Yəni, ölüm riski də yarada bilər.

Bu gün artıq təhsilin bərpa olunduğu bir çox ölkələrdə də şagirdlər maska deyil, sipər taxırlar.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bu fikirlərlə raızlaşmadığını bildirib. O belə hesab edir ki, maska digərləri ilə müqayisədə mövcud vəziyyətdə daha effektivdir: "Üz sipəri də faydalıdır. Lakin bunların arasında ən faydalısı elə maskadır. Maskanın karbon qazını geri qaytarması boş söhbətdir. Çünki maska taxarkən hava kənarlardan çıxır".

Pandemiyadan belə qazanmaq olar: brilyantlarla bəzədilmiş qoruyucu maskalar satılır>>

"Sadəcə olaraq, maska nə zaman taxılmalıdır, ilk olaraq bunu dəqiqləşdirmək lazımdır. Adi hallarda qarşınızda heç kim yoxdursa, yaxud da arada 2-3 metrdən artıq məsafə varsa, küçədə açıq havada gəzirsizsə, bu zaman maska taxmağa ehtiyac yoxdur. Maskanı qısa məsafə oduqda taxmaq lazımdır. Xüsusən də qapalı məkanlarda taxmaq vacibdir.  Maska taxmaq müddəti 15-20 dəqiqədirsə, bu müddətdə karbon qazı ziyan verməyəcək. Karbon qazı ümumiyyətlə geri qayıtmır, maskanın kənarlarından xaric olunur", - deyə Ə.Rütəm əlavə edib.

1
Əlaqədar
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?
Koronavirus öləcək: maskanı benzinə batırın...
Azərbaycan COVİD-19 infeksiyasının payız sıçrayışına hazır olmalıdır - rusiyalı həkim
Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"
Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər