İqtisadçı Ruslan Atakişiyev

Atakişiyev: “Büdcəyə vergi daxilolmaların artırılması prioritet təşkil edir”

104
(Yenilənib 16:25 21.12.2017)
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyir ki, dövlət büdcəsinin əsas prioriteti qeyri-neft sektorundan daxil olmaları artırmaqdır

“2018-ci ilin büdcəsinin gəlirləri 2017-ci ildəkindən 4 milyard çoxdur”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

“Gəlirlərdə əsas prioritet odur ki, qeyri-neft sektorundan əldə edilən gəlirlərin payı artıq olsun. Gələn il büdcəyə vergi yönümlü daxil olmaların artırılması prioritet təşkil edir. Digər illərdə olduğu kimi, gələn ilin dövlət büdcəsi də sosial yönümlüdür. Burada da əsas prioritet kimi insan inkişafı əsas götürülür” — deyə o bildirib.

104