ELM

Salmanov: “Yaş məhdudiyyəti alimlərin qrant almasında problem yaradır”

© Photo : OK / Famin SalmanovAMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov deyir ki, qurultayda respublika üzrə elmi gəncliyi düşündürən məsələlər müzakirə olunub

Famin Salmanov: “Gənc alimlərin bir mərkəzdən idarə olunmasına ehtiyac var”
AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Sputnik Azərbaycan-a deyir ki, qurultayda respublika üzrə elmi gəncliyi düşündürən məsələlər müzakirə olunub: 

“Əsasən gənc alimlərin bir mərkəzdən idarə olunması, həmçinin onların yaş həddi məsələsi üzrə müzakirələr aparıldı və yeni təkliflər verildi. Yaş həddi məhdudiyyətinə görə bəzən gənc alimlər qrant müsabiqələrində iştirak edə bilmirlər”.

Xəbər lenti
0