Təhsil eksperti Nadir İsrafilov

İsrafilov: “Əlilliyi olan şəxsləri cəmiyyətdən ayırmaq məntiqə sığmır”

123
(Yenilənib 10:53 18.12.2017)
Təhsil eksperti Nadir İsrafilov deyir ki, bizdə bu sahədə problemlərdən biri də həmin insanlar üçün iş yerlərinin məhdud olmasıdır

Azərbaycan prezidenti İlham Əliyev “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a deyir ki, dünya miqyasında sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə qazandırılması, əmək fəaliyyətinə cəlb olunması üçün işlər görülür: 

“Bizdə də bu sahə diqqət mərkəzindədir. Bu insanlar ölkə vətəndaşlarıdır. Onları cəmiyyətdən ayırmaq, təcrid etmək məntiqə sığmır”.

123