politoloq Tofiq Abbasov

Abbasov: “ABŞ yaxın Şərqdəki şiə zolağını özünə maneə hesab edir”

140
(Yenilənib 15:20 15.12.2017)
Politoloq Tofiq Abbasov deyir ki, müəyyən risklər ABŞ-ı İrana qarşı güc tətbiq etməkdən çəkindirir

“ABŞ üçün əsas düşmənlər Çin və Rusiyadır”. Bunu “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə politoloq Tofiq Abbasov deyib.

“ABŞ-ın onlarla mübarizə aparması üçün İran və şiə faktoru maneə törədir. Buna görə də ABŞ İrana qarşı güc tətbiq edilməsinin tərəfdarı olaraq qalır. Müəyyən risklər ABŞ-ı İrana qarşı güc tətbiq etməkdən çəkindirir” — deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli ölkəsinin İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətində olduğunu bildirib.

140