Vüqar Bayramov

Bayramov: “İnflyasiyanın iki rəqəmli olması qiymət artımları ilə bağlıdır”

160
(Yenilənib 14:38 15.12.2017)
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, 2018-ci ildə inflyasiya göstəricilərinin tək rəqəmli həddə saxlamaq üçün imkanlar var

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1%, qeyri-ərzaq mallarının qiymətləri 12,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb.

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, manatın məzənnəsinin stabil qalmasına baxmayaraq inflyasiyanın iki rəqəmli olması istehlak bazarındakı qiymət artımları ilə bağlıdır: 

“2018-ci ildə inflyasiya göstəricilərinin tək rəqəmli həddə saxlamaq üçün imkanlar var. Bunun üçün bazarda iqtisadi əsası olmayan qiymət artımının qarşısını almaq lazımdır”. 

160