Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kəlbiyev: “DSMF-nin vəsait toplaya bilməməsi büdcənin yükünü artıracaq”

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Yaşar Kəlbiyev
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Yaşar Kəlbiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Yaşar Kəlbiyev deyir ki, DSMF-nin vəsait toplaya bilməməsi problem yaradacaq

Yaşar Kəlbiyev: “Fondun vəsaitini ödəmək məburi xarakterlidir”
DSMF cari ilin 6 ayı ərzində, əsasən, böyük məbləğdə borcu olan sığortaedənlərə qarşı məhkəmə iddiası qaldırıb. İddiaların 4-ü iri sığortaedənlərə qarşı (1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata, 228-i digər hüquqi şəxslərə, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Yaşar Kəlbiyev Sputnik Azərbaycan-a deyir ki, böyük təşkilatlar tərəfindən DSMF-ə ödənişlərin edilməməsi insanların pensiya təminatına təsir edə bilər: 

“DSMF-nin vəsaiti toplaya bilməməsi problem yaradacaq, bu da büdcənin yükünü artıra bilər. Fondun vəsaitini ödəmək məcburi xarakterlidir. Ödənişin edilib-edilməsinin yoxlanması üçün konkret formalar mövcuddur”.

Xəbər lenti
0