Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Abbasov: “Trampın qərarı müharibəyə gətirib çıxaracaq”

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, ABŞ prezidentinin bu qərarı böyük problemlər yaradacaq

Tofiq Abbasov: “ABŞ dünya birliyini saymır”
ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, həmçinin ABŞ səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürülməsi ilə bağlı qərar verib.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, ABŞ prezidentinin bu qərarı çox təhlükəlidir və böyük problemlər yaradacaq: 

“Bu addımdan sonra gərgin vəziyyətdə olan Fələstin-İsrail münaqişəsi həllini tapmayacaq. Bu qərar yeni müharibənin ortaya çıxmasını reallaşdıra bilər. Bir dövlətin mənafeyinə xidmət etmək onu göstərir ki, ABŞ dünya birliyini saymır”.

Xəbər lenti
0