Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı

Mollazadə: “Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalayacaq”

139
(Yenilənib 12:20 04.12.2017)
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyir ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı hər iki tərəfin xeyrinədir

Asim Mollazadə: “Ermənistan beynəlxalq ictimaiyyəti fərqli müstəviyə çəkir”
“Bu saziş Ermənistanın növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaq oyunlarının tərkib hissəsidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

“Ermənistan öz siyasəti ilə növbəti dəfə beynəlxalq ictimaiyyəti demək olar ki, fərqli bir müstəviyə çəkir. Azərbaycanın isə Avropa İttifaqı ilə çox ciddi, çoxşaxəli tərəfdaşlıq proqramları var. Bu əməkdaşlıq həm Avropa İttifaqının, həm də Azərbaycanın xeyrinə işləyir. Əməkdaşlığı genişləndirəcək qarşılıqlı maraqlar göz önündədir” — deyə o bildirib.

139
Politoloq İlqar Vəlizadə

Politoloq: “Nazirlərin Türkiyə səfəri yeni prioritetlərin müəyyənləşməsinə imkan yaradıb”

4
(Yenilənib 10:15 14.08.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır
İlqar Vəlizadə: “Regionumuzda gərgin vəziyyət davam etməkdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan – Türkiyə münasibətləri bu günlərdə çox sürətlə inkişaf edir:

“İki ölkənin münasibətlərində tarixi yaxınlıq var. Eyni zamanda bizim mövqelərimiz bütün siyasi məsələlərdə üst-üstə düşür. Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyəyə budəfəki səfəri yeni istiqamətlərin və prioritetlərin müəyyənləşməsinə imkan yaradıb. Hazırda regionumuzda gərgin vəziyyət davam etməkdədir. Bu əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Kənd Təsərrüfatı naziri İnam Kərimov

İnam Kərimov: “Kənd Təsərrüfatı Nazirliyi qarşısında konkret ciddi vəzifələr qoyulub”

61
(Yenilənib 23:47 12.08.2020)
Kənd Təsərrüfatı naziri İnam Kərimov deyir ki, qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir
İnam Kərimov: “Ayrılan vəsait suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”

“Bu il hava şəraitinin quraq keçməsi su çatışmazlığı problemini daha da aktuallaşdırıb. Ona görə də su resurslarından səmərəli istifadə edilməsi əsas vəzifələrdəndir”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində deyib.

“Bu məqsədlə ötən ay Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədən sonra "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Həm müşavirədə, həm də Sərəncamda Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlar qarşısında konkret və ciddi vəzifələr qoyulub. Qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir. Bu texnologiyalar həm su resurslarından səmərəli istifadəyə, həm də fermerlərin daha çox məhsul istehsal etməsinə imkan verir. Bu məqsədlə Prezident müasir suvarma texnologiyalarının və digər kənd təsərrüfatı texnologiyalarının subsidiyalaşdırılması üçün əlavə vəsait ayırıb. Bu vəsait Prezidentin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əsasən müasir suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”, – deyə nazir İnam Kərimov bildirib.

İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

61
Məmur, arxiv şəkli

Mədəniyyət Nazirliyində yeni təyinat - Rüfət Həsənov direktor oldu

0
(Yenilənib 15:13 14.08.2020)
Bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

 

BAKI, 14 avqust — Sputnik. Həsənov Rüfət Rauf oğlu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan bildirir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Qeyd edək ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.

Sənət fəaliyyətinə ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən "Vice Media" şirkətində montaj rejissoru olaraq başlayan rejissor Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva" Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.

R.Həsənov 2013-2017-ci illərdə Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

0
Əlaqədar
Anar Kərimov nazirliyin üç işçisini vəzifədən azad etdi
Qarabağın adıyla halal pul qazanmaq olar - gərək başı da, ürəyi də işlədəsən
Mədəniyyət nazirinə yeni müşavir təyin edildi
Coğrafiya müəlliminin pencəyinin sorağı Türkiyədən gəldi