UNEC-in professoru Elnur Sadıqov

Sadıqov: “Azərbaycanda aqrar bankın yaradılması zəruridir”

112
(Yenilənib 12:38 30.11.2017)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, MDB ölkələri ilə bank sahəsində əməkdaşlığı artırmaq lazımdır

Elnur Sadıqov: “Bankların fəaliyyəti müştəri bazasından asılıdır”
“2018-ci ildə Azərbaycan iqtisadiyyatını inkişaf tendensiyası daha yüksək hədlərə gəlib çatacaq”. Bunu 2018-ci ildə Azərbaycan bank sektorundan gözləntiləri Sputnik Azərbaycan-a şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib.

“Gələn il iqtisadiyyatın inkişaf etməsi bank sektorunun canlanmasına və bank xidmətlərinin yeni növlərinin tətbiqi ilə yadda qalacaq. Təklif edərdik ki, Azərbaycanda kənd təsərrüfatına uyğun aqrar bank yaradılsın. Bankların fəaliyyəti müştəri bazasından asılıdır. MDB ölkələri ilə bank sahəsində əməkdaşlığı artırmaq lazımdır” — deyə o bildirib.

112
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “İran ABŞ-ın şərtlərinə əməl etsə, münasibətlər normallaşa bilər”

17
(Yenilənib 14:59 23.11.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz
Mübariz Əhmədoğlu: “Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək”

ABŞ rəhbərliyi ölkəsinin təktərəfli sanksiyalarına şamil olan İran fiziki və hüquqi şəxslərinin siyahısını növbəti dəfə genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın İrana qarşı siyasətini  nəzərdən keçirərkən 4 il əvvəl Trampın hakimiyyətə gəldiyi dövrü xatırlamaq lazımdır:

“Tramp elə vəziyyət yaradır ki, Bayden hakimiyyətə gəlsə də, yeni administrasiya İranla münasibətləri normallaşdırmağa çətinlik çəksin. Bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz. Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək. O, İranın qarşısına şərt qoyacaq ki, bu ölkə qonşu dövlətlər üçün təhlükə yaratmasın. İran Baydenin şərtlərini qəbul etsə, ABŞ İranla əməkdaşlıq edə bilər”.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Teqlər:
normallaşma, şərtlər, münasibətlər, İran, ABŞ
Adil Qeybulla

Professor yoluxma sayındakı artımların səbəblərini açıqlayır

39
(Yenilənib 11:00 23.11.2020)
Professor, həkim Adil Qeybulla deyir ki, virusa yoluxmuş bir şəxsin qapalı bir məkanda maskasız olması oradakı hər kəsin yoluxması üçün yetərlidir
Adil Qeybulla: “Pandemiya əleyhinə tədbirlərə ciddi riayət etmək lazımdır”

Edilən müraciətlərdən də görürük ki, yoluxma halları daha çox yas mərasimlərində olur. Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, yoluxma sayındakı artımların səbəbi ilə bağlı aparılan təhlillər pandemiya əleyhinə tədbirlərin pozulduğunu göstərir:

“Virusa yoluxmuş bir şəxsin qapalı bir məkanda maskasız olması oradakı hər kəsin yoluxması üçün yetərlidir. Pandemiya əleyhinə tədbirlərə ciddi riayət etmək lazımdır. Əgər tədbirlərə əməl edilsə, pandemiya ilə paralel yaşaya bilərik. Xüsusən də əhali arasında təbliğat işləri artırılmalıdır”.

39
Teqlər:
səbəb, artım, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0