AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov

Məmmədov: “Azərbaycan Avropa İttifaqı ilə strateji saziş imzalamağa hazırdır”

140
(Yenilənib 11:47 24.11.2017)
Politoloq Zaur Məmmədov deyir ki, keçən dövr ərzində baş vermiş dəyişikliklər müqavilənin yenilənməsinə ehtiyac yaradır

Zaur Məmmədov: “Azərbaycan bərabərhüquqlu müqavilə imzalamq istəyir”
“Azərbaycanını Avropa İttifaqı ilə əməkdaşlığı 1996-ci ildə imzalanmış “Tərəfdaşlıq və əməkdaşlıq” müqaviləsinə əsaslanır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

“Keçən dövr ərzində baş vermiş dəyişikliklər müqavilənin yenilənməsinə ehtiyac yaradır. 2015-ci ildə Riqa sammitində Avropa İttifaqının üzvləri Azərbaycana qarşı ikili standart nümayiş etdirdikləri üçün müqavilə imzalanmasından imtina edildi. Azərbaycan Avropa İttifaqı ilə strateji sazişi imzalamağa hazırdır. Biz istəyirik ki, bərabərhüquqlu müqaviləyə imza ataq” — deyə o bildirib.

Qeyd edək ki, noyabrın 24-də Şərq tərəfdaşlığı proqramının növbəti sammitinin keçirilməsi planlaşdırılıb. 

140
Politoloq İlqar Vəlizadə

Politoloq: “Nazirlərin Türkiyə səfəri yeni prioritetlərin müəyyənləşməsinə imkan yaradıb”

4
(Yenilənib 10:15 14.08.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır
İlqar Vəlizadə: “Regionumuzda gərgin vəziyyət davam etməkdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan – Türkiyə münasibətləri bu günlərdə çox sürətlə inkişaf edir:

“İki ölkənin münasibətlərində tarixi yaxınlıq var. Eyni zamanda bizim mövqelərimiz bütün siyasi məsələlərdə üst-üstə düşür. Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyəyə budəfəki səfəri yeni istiqamətlərin və prioritetlərin müəyyənləşməsinə imkan yaradıb. Hazırda regionumuzda gərgin vəziyyət davam etməkdədir. Bu əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Kənd Təsərrüfatı naziri İnam Kərimov

İnam Kərimov: “Kənd Təsərrüfatı Nazirliyi qarşısında konkret ciddi vəzifələr qoyulub”

61
(Yenilənib 23:47 12.08.2020)
Kənd Təsərrüfatı naziri İnam Kərimov deyir ki, qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir
İnam Kərimov: “Ayrılan vəsait suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”

“Bu il hava şəraitinin quraq keçməsi su çatışmazlığı problemini daha da aktuallaşdırıb. Ona görə də su resurslarından səmərəli istifadə edilməsi əsas vəzifələrdəndir”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində deyib.

“Bu məqsədlə ötən ay Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədən sonra "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Həm müşavirədə, həm də Sərəncamda Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlar qarşısında konkret və ciddi vəzifələr qoyulub. Qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir. Bu texnologiyalar həm su resurslarından səmərəli istifadəyə, həm də fermerlərin daha çox məhsul istehsal etməsinə imkan verir. Bu məqsədlə Prezident müasir suvarma texnologiyalarının və digər kənd təsərrüfatı texnologiyalarının subsidiyalaşdırılması üçün əlavə vəsait ayırıb. Bu vəsait Prezidentin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əsasən müasir suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”, – deyə nazir İnam Kərimov bildirib.

İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

61
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Yığma komandamız Türkiyəyə hazırlaşır - FOTO

0
(Yenilənib 15:00 14.08.2020)
Kamandan oxatma üzrə yığma komandamızın baş məşqçisi deyir ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Azərbaycanın kamandan oxatma üzrə yığma komandası Qəbələ Atıcılıq Klubunda məşqlərə start verib. Son altı ay ərzində ilk dəfədir ki, komanda açıq havada təlim-məşqlərə başlayıb. Toplantıların 15 gün davam edəcəyi nəzərdə tutulub. Yığma komandanın məşqçisi Natiq Fazilovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, bu məşqlər olduqca vacib və mütləqdir: “Əslində, bu məşqlər hazırlıq məqsədi ilə nəzərdə tutulmamışdı. Lakin Qəbələdə olanda xəbər gəldi ki, Türkiyənin Antalya şəhərində beynəlxalq turnir planlaşdırılır. Turnir Türkiyənin şəhidi Qəhrəman Baqatırın xatirəsinə həsr olunacaq.

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Turnirdə 12 dövlətdən iştirakçıların olcağı bildirilib. Buna görə də bizim bu gün Qəbələdə məşqlərdə olmağımız yerinə düşdü və oxatanlarımız çalışacaqlar ki, məşqlərdə yüksək səviyyədə iştirak etsinlər. Qəbələdə hazırda məşqlərdə 12 nəfər idmançı və üç məşqçi iştirak edir".

Yığma komandanın məşqçisi onu da bildirdi ki, ilk həftə idmançıların məşqlərə köklənməsi olduqca çətin keçib. Onun sözlərinə görə, bu, başadüşüləndir, çünki onlar altı aya yaxın idi ki, ancaq evlərdə fərdi şəkildə məşq edirdilər: "Hazırda vəziyyət, demək olar ki, yaxşıdır. Artıq gündə iki dəfə məşqlər edirik və hər məşq zamanı 120-200-dək atışlar edilir. Əlbəttə, bu olduqca böyük əziyyət və güc tələb edən bir məşqdir, ancaq bütün bunlara baxmayaraq çox böyük ümidlərimiz var ki, şanlı bayrağımızı istənilən xarici ölkədə dalğalandıracağıq".

  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Natiq Fazilov həmçinin bildirdi ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər və bu turnirin beynəlxalq səviyyədə ya Bakı şəhərində, ya da Qəbələdə - qəhrəmanımızın doğma diyarında - olmasına ümid edirlər.

Komandanın üzvü Nəzrin Zamanova son bir necə gündür ki, məşqlərin əla keçdiyini və nəticələrin qalxdığını deyir "İlk günlər yadırğadığımızı hiss etdik, hətta məsafəyə belə çatmaq bizim üçün çox çətin idi. Hazırda əla vəziyyətdəyik və bizə bu şəraiti yaratdıqları üçün minnətdarlığımızı bildiririk".

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Komandanın üzvü Məhəmmədəli Əliyev də irəliləyişin olduğunu vurğulayır: "Rejimlə işləyirik, uğur əldə etməyə çalışırıq. Uzun müddətdən sonra ilk dəfədir ki, ağır məşqlərdəyik. Artıq uyğunlaşırıq və irəliləyişlər var. Bizim üçün çətin olsa da qaldığımız yerdən davam edərək nailiyyətlər əldə edəcəyimizə əminəm".

0