CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəfərov: “Milli dəyərlərimizə təzyiqlər var”

© Photo : APAFilologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov
Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Nizami Cəfərov deyir ki, dəyərlərimiz araşdırılıb cəmiyyətdə təbliğ olunmalıdır

Nizami Cəfərov: “Müasir dünyada dəyərlər uğrunda mübarizə gedir”
“Qloballaşan dünyada elmi tədqiqatlar əsrlər boyu yaratdığımız dəyərləri modelləşdirir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

“Elə dəyərlərimiz var ki, onlar araşdırılıb cəmiyyətdə təbliğ olunmalıdır. Müasir dünyada dəyərlər uğrunda mübarizə gedir. Bəzən hiss olunmadan milli dəyərlərə təzyiqlər olur. Bu mənada dövlətimiz bununla xalqımızın milli-məni mövcudluğunu müdafiə edir. Bu baxımdan fondun yaradılması çox yüksək əhəmiyyətə malikdir” — deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı fərman imzalayıb.

Xəbər lenti
0