Politoloq Fikrət Sadıxov

Sadıxov: “Rusiya münaqişənin həllində yeni təkliflər irəli sürmək istəyir”

125
(Yenilənib 10:23 17.11.2017)
Politoloq Fikrət Sadıxov deyir ki, Lavrovun səfərinin Putin və Ərdoğan arasında keçirilən Soçi görüşündən sonra baş tutması yeni məqamların olması ehtimalını yaradır

Rusiyanın Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə İrəvan və Bakıya səfər edəcəyi barədə açıqlama verib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Lavrovrun bu səfəri müəyyən tapşırıqlar əsasında baş tutacaq: 

“Görünür bu səfərlə Rusiya Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində yeni təkliflər irəli sürmək istəyir. Azərbaycanın mövqeyi siyasi reallıqlara və hüquqa söykənir. Bu səfərin Putin və Ərdoğan arasında keçirilən Soçi görüşündən sonra baş tutması yeni məqamların olması ehtimalını yaradır”.

125