Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyindən gözləntilər çoxdur”

166
(Yenilənib 11:34 14.11.2017)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun qəbul edilməlidir

Eyyub Hüseynov: “Qanun olmayan yerdə cinayət baş verir”
“Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, insanlarımızın sağlam qida ilə təmin edilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb edir”. Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, uzun müddətdir ölkədə qida təhlükəsizliyi sahəsində vəziyyət acınacaqlı haldadır:

“Ölkəmizdə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Agentliklə bərabər qida təhlükəsizliyi haqqında qanun da qəbul edilməlidir. Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyinin işində yaxında iştirak etsə, heç də pis olmaz”.

166
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc

Vüqar Oruc: “Əmlak bazarında durğunluğa əsas yoxdu”

4
(Yenilənib 16:05 03.12.2020)
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc deyir ki, əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar
Vüqar Oruc: “Əmlak bazarında böyük canlanma yaranacaq”

“Torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

“Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar. Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq”, – deyə o bildirib.

Vüqar Orucun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

4
Müslüm İbrahimov

Professor: “Azərbaycanda Rusiya mənşəli emal sənaye komplekslərinin yaradılması vacibdir”

7
(Yenilənib 13:41 04.12.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, Rusiya son on il ərzində kənd təsərrüfatının emal sənayesinin formalaşmasında yüksək texnoloji uğurlar əldə edə bilib
Müslüm İbrahimov: “Rusiya ilə əməkdaşlığın artırılması hər zaman aktualdır”

Azərbaycanla Rusiya arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq proqramı iki ölkə arasındakı kənd təsərrüfatı sahəsindəki münasibətləri yeni bir mərhələyə keçirmək üçün hazırlanıb. Bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya arasında kənd təsərrüfatı sahəsində iqtisadi əməkdaşlığın artırılması hər zaman aktualdır:

“Bu gün Azərbaycan kənd təsərrüfatının xammal məhsulları ilə yanaşı, emal məhsullarının da ixracında maraqlıdır. Rusiya son on il ərzində kənd təsərrüfatının emal sənayesinin formalaşmasında yüksək texnoloji uğurlar əldə edə bilib. Ona görə də Azərbaycanda Rusiya mənşəli emal sənaye komplekslərinin yaradılması vacibdir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Gəncədə vəziyyət

Vətən müharibəsində dünyasını dəyişmiş mülki şəxslərə şəhid statusu verildi

0
(Yenilənib 12:19 05.12.2020)
Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

BAKI, 5 dekabr — Sputnik. Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub.

Belə ki, erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
Teqlər:
ƏƏSMN, status, şəhid, həlak olan, mülki əhali, müharibə, Azərbaycan, Qarabağ