Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cəfərov: ““Nar bağı” son illərin ən gözəl Azərbaycan filmidir”

© Photo : Facebook / xalerikusKinorejissor Elxan Cəfərov
Kinorejissor Elxan Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Kinorejissor Elxan Cəfərov deyir ki, Azərbaycan kino sənayesi dünya səviyyəsində dayandıqdan sonra “Oskar” mükafatı ala biləcəyik

Elxan Cəfərov: “Bu gün “Oskar”ı Azərbaycana gətirmək qeyri-realdır”
“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Amerika Kino Akademiyasının “Xarici dildə ən yaxşı film” nominasiyası (“Oskar” mükafatı) uğrunda mübarizə aparacaq filmlərin siyahısına düşüb.

Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki, “Nar bağı” filmi haqqında rəylərin çox müsbətdir: 

“Düşünürəm ki, son illərin ən gözəl filmlərindən biridir. Çox ümidliyik ki, bu film yer tuta bilər. Ancaq “Oskar” mükafatı çox yüksək zirvədir. Azərbaycan kino sənayesi dünya səviyyəsində dayandıqdan sonra biz “Oskar” mükafatı ala biləcəyik”.

Xəbər lenti
0