Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əhmədoğlu: “Tehran sammiti regionda sabitliyin təmini üçün əhəmiyyətlidir”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu üçtərəfli format öz konkret nəticələrini verməyə başlayıb

Mübariz Əhmədoğlu: “Müəyyən qüvvələr Qafqaz kontekstində gərginlik yaratmağa çalışırdı”
“Prezidentlərin Tehran görüşü Azərbaycan üçün doğma formatdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

“Rusiya və İran Azərbaycanın tarixi qonşularıdır. Müəyyən qüvvələr çalışırdı ki, Rusiya və İran arasında Qafqaz kontekstində gərginlik yaratsınlar. Prezidentlərin bu görüşü Avroasiya regionunda sabitliyin təmini üçün kifayət qədər əhəmiyyətli görüşdür. Bu üçtərəfli format öz konkret nəticələrini verməyə başlayıb” — deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Tehran sammitində iştirak etmək üçün İrana səfər edib. Sammitdə Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü gözlənilir.

Xəbər lenti
0