millət vəkili Rövşən Rzayev

Rzayev: “Minsk Qrupunun marağında olan yalnız sülh yoludur”

57
(Yenilənib 16:38 20.10.2017)
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyir ki, həmsədr dövlətlər Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqelərini bildirməlidirlər

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə zirvə görüşü normal keçdi”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib. 

“Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesi nəticəsində sülh yolu ilə öz həllini tapmalıdır. Təəssüflər olsun ki, bu, baş verməyib. Amma düşünürəm ki, yaxın gələcəkdə biz bunun şahidi ola biləcəyik. Minsk Qrupu dövlətlərinin da marağında olmalıdır ki, bu məsələ sülh yolu ilə həllini tapsın” – deyə o bildirib.

57