politoloq Elxan Şahinoğlu

Şahinoğlu: “Referendum keçirməklə kürdlər hər şeydən məhrum oldular”

50
(Yenilənib 10:59 20.10.2017)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, baş verən hadisələr İranın və Türkiyənin maraqlarına uyğundur

“Şimali İraqdakı kürdlər çox böyük səhvə yol verdilər”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Referendum keçirməklə kürdlər hər şeydən məhrum oldular. Bu hadisələrdə kürdlərin ən böyük itkisi Kərkük oldu. Referendum olmasa idi, hələ uzun onilliklər ərzində Kərkük kürdlərin əlində qalacaqdı” — deyə o bildirib. Qeyd edək ki, kürd peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olan İraq ordusu Kərkük vilayətində strateji mövqelərə nəzarəti ələ keçirib.

50