Kamran Əsədov

Əsədov: “Şagirdlərin elektron dərsliklərdən istifadəsi biabırçı vəziyyətdədir”

76
(Yenilənib 11:57 11.10.2017)
Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda orta məktəblərin heç birinin elektron kitabxanası yoxdur

Kamran Əsədov: “Məktəblər öz ərazilərində internetdən istifadəyə qadağa qoya bilər”
“Azərbaycanda və Avropada orta təhsilə yanaşma tamam fərqlidir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə təhsil eksperti Kamran Əsədov deyib.

“Azərbaycanda uşaqların internetdən istifadəsini valideynlər proqramla məhdudlaşdıra bilir. Avropada isə bu məktəb rəhbərliyi tərəfindən qəbul olunmuş proqramla həyata keçirilir. Azərbaycanda şagirdlərin elektron dərsliklərdən istifadəsi biabırçı vəziyyətdədir” — deyə o bildirib. 

76
Elşad Məmmədov

Azərbaycan iqtisadiyyatı maliyyə amnistiyasından qazanclı çıxa bilərmi professor danışır

28
(Yenilənib 11:36 05.06.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, amnistiyaya düşən kapital ölkə iqtisadiyyatının inkişafına yönəldilməlidir
Elşad Məmmədov: “Amnistiya xatirinə amnistiya verilməməlidir”

“Maliyyə amnistiyasının verilməsinin effektiv olması üçün konkret şərtlər müəyyənləşdirilməlidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, amnistiyaya düşən kapital ölkə iqtisadiyyatının inkişafına yönəldilməlidir: “Bunun üçün müvafiq normativ hüquqi aktlarda bu barədə konkret müddəaların əks olunması zəruridir. Çünki kapital sahiblərinin buna maraq göstərməməsinin şahidi ola bilərik. Yəni amnistiya xatirinə amnistiya verilməməlidir”.

Qeyd edək ki, deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsinin vacib olduğunu bildirib.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

28
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev

Turizmin bərpası üçün hansı işlər görüləcək - Fuad Nağıyev açıqladı

41
(Yenilənib 10:48 04.06.2020)
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyir ki, ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq
Fuad Nağıyev: “Xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”

“Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlara həsr olunan “Bərpaya doğru yol” videokonfransında deyib.

“Azərbaycan turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpası, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır. Post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”, – deyə Fuad Nağıyev bildirib.

Fuad Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

41
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

0
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

0