Azər Allahverənov

Allahverənov: “İctimai nəqliyyatdakı problemlər ənənəvi xarakter daşıyır”

171
(Yenilənib 15:57 09.10.2017)
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, ictimai nəqliyyat hava şəraitindən asılı olmayaraq effektiv fəaliyyət göstərməlidir

Azər Allahverənov: “Nasaz olan avtobusların xəttə buraxılması halları mövcuddur”
Bakıda yağan aramsız yağışlar ictimai nəqliyyatda olan köhnə və yeni problemləri üzə çıxardı. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, ictimai nəqliyyatda olan mövcud problemlər ənənəvi xarakter daşıyır: 

“Payız fəslində xəttə buraxılmağa hazır olmayan avtobusların fəaliyyəti problemlərə səbəb olur. Nasaz olan avtobusların xəttə buraxılmasında məsuliyyəti sərnişindaşıma şirkətləri daşıyır. İctimai nəqliyyat yağışın, qarın yaratdığı çətinliklərə baxmayaraq effektiv fəaliyyət göstərməlidir”.

171

Tərcüməçi məşhur qazax şairi Abayın dilimizə tərcümə olunan yeni kitabından danışır

5
(Yenilənib 14:14 27.11.2020)
Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan deyir ki, indiyə qədər qazax ədəbiyyatından Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb
Elxan Zal Qaraxan: “Abay qazaxlar üçün böyük şairdir”

Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan Sputnik Azərbaycan-a deyir ki, müstəqillik dövründən bu yana  bir çox qazax ədəbiyyatı nümunələri fond tərəfindən tərcümə edilərək nəşr olunub:

“Qazax ədəbiyyatından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb. Son olaraq isə qazax ədəbiyyatının klassiklərindən hesab olunan Abay Kunanbayevin yaradıcılığı qazax dilindən Azərbaycan dilinə tərcümə edilərək nəş edildi. Abay qazaxlar üçün böyük şairdir. Qazaxıstan yazılı ədəbiyyatında Abaya qədər elə böyük şair olmayıb”.

Elxan Zal Qaraxanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Vüsal Qasımlı

Vüsal Qasımlı post-konflikt quruculuğunun prioritetlərini açıqlayır

21
(Yenilənib 10:17 27.11.2020)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyir ki, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır
Vüsal Qasımlı: “Azad edilmiş ərazilərə sərmayə qoyuluşu ÜDM-in artımını sürətləndirəcək”

“Post-konflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcəkdir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Post-konflikt quruculuğunun əsas istiqamətləri barədə suallara cavab verərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

“Post-konflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcəkdir. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcəkdir. Dünya təcrübəsində post-konflikt dövründə büdcə resurslarının səfərbər olunması və yenidən prioritetləşdirilməsi müşahidə edilir. Azərbaycanda mövcud şəraitdə bu modeldən istifadə etmək daha məqsədəuyğun ola bilər.  Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcəkdir” – deyə o bildirib.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

0
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

0