CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağazadə: “İŞİD-dən xilas edilən uşaqlara dəstək olmalıyıq”

© Photo : Facebook / kamalya.aqazadeAzərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, uşaqların Azərbaycana qayıdışı səfirlik, Xarici İşlər Nazirliyi və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək

Kəmalə Ağazadə: “Uşaqların yaxınları tapılana qədər onlara bütün yardımlar göstəriləcək”
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır.  

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a deyir ki, məsələ ilə Xarici İşlər Nazirliyinin müvafiq idarəsinə məktub ünvanlanıb: “Uşaqların Azərbaycana qayıdışı səfirlik, Xarici İşlər Nazirliyi və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək. O uşaqlara dəstək göstərmək bizim vətəndaşlıq borcumuzdur”.

Qeyd edək ki, Rusiyanın RT telekanalı əməkdaşlarının Bağdaddakı sığınacaqlarda apardıqları çəkilişlər zamanı İŞİD-dən xilas edilənlər arasında iki azərbaycanlı uşağın olduğu da aydın olub.

Xəbər lenti
0