Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cabbarov: “Çinin məktəblərimizə İKT dəstəyini yüksək qiymətləndiririk”

© Sputnik / Murad OrujovМикаил Джаббаров, министр образования Азербайджана
Микаил Джаббаров, министр образования Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın və Çin arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə akt imzalanıb

Mikayıl Cabbarov: “Region məktəblərinin İKT avadanlıqlarına olan ehtiyacını təmin etmək diqqət mərkəzindədir”
"Azərbaycan özünün təhsil sistemində informatika fəninin məzmununa yenidən baxır". Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir deyib ki, İKT-nin tətbiqini genişləndirmək və region məktəblərinin İKT avadanlıqlarına olan ehtiyacını təmin etmək diqqət mərkəzindədir.

Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 19-da Azərbaycanın Təhsil və Kənd Təsərrüfatı nazirlikləri ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə akt imzalanıb.  

İKT avadanlıqlarının təhvil verilməsi barədə aktı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua imzalayıb. 

Xəbər lenti
0