Вугар Байрамов

Bayramov: “Dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir”

69
(Yenilənib 17:46 19.09.2017)
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ixracatçı ölkələrin imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir

Vüqar Bayramov: “Azərbaycan yüklərin daşınmasından gəlir əldə edən ölkə olacaq”
"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir". Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir: “Sözü gedən dəmir yolu xətti Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə bazarına, həmçinin digər ölkələrin bazarlarına çıxmasına imkan yaradacaq”.

69
Политолог Фикрет Садыхов на заседании Клуба политологов

Politoloq: “Baydenin hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”

16
(Yenilənib 00:30 25.11.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatların Avropa münasibətlərini qırılmış hesab etmək doğru olmaz
Fikrət Sadıxov: “ABŞ bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Tramp prezident olduğu müddətdə ABŞ Avropa münasibətlərini müəyyən dərəcədə gərginləşdirdi: “Avropa Birliyi dünya siyasi məkanında öz siyasi ambisiyalarını həmişə yüksək tutub. ABŞ isə dominant davranışları ilə bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi. Amma ümumilikdə bu münasibətləri qırılmış hesab etmək doğru olmaz. Çünki Trampın prezidentliyi dönəmində tərəflər arasında görüşlər keçirilirdi. Düşünürəm ki, Bayden hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ABŞ Administrasiyasının Ümumi İşlər üzrə İdarəsinin rəhbəri Emili Merfiyə, həmçinin öz administrasiyasının üzvlərinə növbəti administrasiyaya səlahiyyətlərin təhvil verilməsi üzrə ilkin prosedurlarlarla bağlı "zəruri olan işləri görməyi" tövsiyə edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Teqlər:
Fikrət Sadıxov, Co Bayden, Avropa Komissiyası, Avropa Şurası, Avropa, ABŞ

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

83
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

83
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

0
(Yenilənib 00:39 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

0