Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri

Zeynalov: “Havadakı toz ürək xəstələri üçün təhlükəlidir”

169
(Yenilənib 15:43 11.09.2017)
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, toz miqdarının artmasının əsas səbəbkarı daş karxanaları və yeni tikililərdir

Telman Zeynalov: “Bəzən deyirlər tozanaq xaricdən gəlir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Sputnik Azərbaycan-a deyir ki, şəhər ətrafında daş kaxanalarının sayının çoxalması tozun miqdarının artmasının əsas səbəbidir: “Toz miqdarının artması nəfəs almanı çətinləşdirir, ürək xəstəliyi olan insanlara mənfi təsir göstərir”.

169

Professor: “Transsərhəd kapital hərəkətinə nəzarət edilməsi mühümdür”

8
(Yenilənib 01:37 06.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Türkiyə ilə dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır.
Elşad Məmmədov: “Azərbaycan Türkiyə üçün önəmli investordur”

2021-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 258,31 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 90,473 milyon dollar çoxdur. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Türkiyə ticarət dövriyyəsindəki artımı normal qarşılamaq lazımdır: “Son dövrlər iki ölkə arasında bütün sahələr üzrə əlaqələr gücləndirilib. Bu baxımdan həmin güclənmənin iqtisadi göstəricilərdə təsdiq olunması məntiqəuyğundur. Eyni zamanda dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır. Yalnız bundan sonra ümumi ticarət dövriyyəsindəki artımın dəqiq səbəblərini müəyyən etmək mümkün olar. Bundan sonra da dövriyyənin artacağını ehtimal edirəm. Həmçinin iki ölkə kapital hərəkəti ilə bağlı da qarşılıqlı əlaqələrini davam etdirir. Azərbaycan Türkiyə üçün önəmli investordur. Burada mühüm məqamlardan biri transsərhəd kapital hərəkətinə nzəarət edilməsidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
Teqlər:
nəzarət, transsərhəd, kapital, Azərbaycan, Türkiyə

Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir politoloq şərhi

25
(Yenilənib 10:40 05.05.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, Azərbaycanın burada bir sıra layihələri həyata keçirməsi, Avropa ölkələri və qərblə münasibətləri ABŞ üçün önəmli amildir
Fikrət Sadıxov: “Baydenin qərarı münasibətlərin inkişafına yönələn addım olacaq”

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib. Bayden administrasiyası aprelin 26-da “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə Konqresi məlumatlandırıb.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Baydenin bu addımı yeni geo-siyasi maraqlarla bağlıdır: “Cənubi Qafqazda Azərbaycanın rolu kifayət qədər yüksəkdir. Azərbaycanın burada bir sıra layihələri həyata keçirməsi, Avropa ölkələri və qərblə münasibətləri ABŞ üçün önəmli amildir. “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş konqres tərəfindən hələ o vaxt qəbul olunarkən də, ABŞ dövlət başçıları buna razılıq verməmişdi. Düşünürəm ki, Baydenin bu addımı ABŞ-Azərbaycan münasibətlərin  inkişafına yönələn addımlardan biri olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

25
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

0
"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

BAKI, 6 may — Sputnik. ABŞ-ın "Moderna" şirkəti və Milli səhiyyə institutunun birgə məhsulu olan preparat Ümumdünya Peyvənd Konqresində (World Vaccine Congress Washington 2021) COVID-19 əleyhinə ən yaxşı peyvənd hesab olunub.

ABŞ və bir sıra digər ölkələrdə təcili hallarda tətbiqinə icazə verilmiş preparat reytinqdə "AstraZeneca", "Bharat Biotech", "Janssen", "Medicago", "Novavax", "Pfizer/BioNtech", "Sputnik V" və heyvanlar üçün "Zoetis" preparatını ötüb.

"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

Qalibin hansı meyarlar əsasında seçildiyi dəqiqləşdirilmir.

0