Elman Nəsirov, millət vəkili, politoloq

Millət vəkili: “Ermənistan Qarabağın müstəqilliyini tanısa geosiyasi vəziyət dəyişəcək”

89
(Yenilənib 12:32 03.09.2017)
Millət vəkili Elman Nəsirov deyir ki, bu gün Azərbaycan apardığı siyasətin nəticəsində beynəlxalq aləmdə fəal oyunçu kimi davranır

“Bu gün Azərbaycanın maraqlarının beynəlxalq aləmdə müdafiəsi çox düzgün qurulub”. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov deyib. “Bu balanslı, çox vektorlu, tarazlaşdırılmış siyasətdir. Biz bu gün yeridilən siyasətin nəticəsində beynəlxalq aləmdə fəal oyunçu kimi davranırıq. Bu siyasətin konkret nəticələri də var. Qərbin dəstəyi ancaq sözdə, bəyanatlardadır”.

“Azərbaycanın milli maraqlarının müdafiəsi ilə bağlı siyasətinin nəticəsi odur ki, heç bir dünya dövləti Dağlıq Qarabağda qurulmuş qondarma rejimi tanımayıb. Ermənistan Dağlı Qarabağın müstəqilliyini tanısa geosiyasi vəziyət dəyişəcək. Aparılan siyasətin nəticəsində bugünki reallıq təmin edilib” – deyə o bildirib.

89