Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Ekspert: “Televiziyalarda maarifçilik verilişlərinin sayı kəskin azalıb”

65
Televiziya eksperti Qulu Məhərrəmli deyir ki, kanallar maarifçilik verilişlərinin televiziyanın missiyasına çevirə bilmirlər

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, yayım üçün proqramlar hazırlanarkən maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır.

Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, hazırki vaxtda Azərbaycan televiziyalarında maarifçilik verilişlərinin sayı kəskin azalıb: “Dövlət büdcəsindən maliyyələşən televiziyaların hamısında elm, təhsil, maarifçilik proqramları var, ancaq kanallar o verilişləri televiziyanın missiyasına çevirə bilmirlər. Bizdə maarifçilik yönündə ən ciddi problerdən biri dil proqramlarının olmamasıdır”.

“Televiziyanın, radionun informasiya çatdırmaqdan sonrakı funksiyası maarifləndirmədir. Hesab edirəm ki, televizyalar bu missiyanı dirçəltməli və buna diqqət yetirməlidirlər. Televiziyalarımız digər sahələrdə yarıtmadığı kimi, çox təəssüf ki, maarifçilik işində də geridədirlər” – deyə o bildirib. 

65