Учитель истории Камран Асадов

Ekspert: “Universitetlərimiz əmək bazarının tələblərini ödəmir”

48
Təhsil eksperti Kamran Əsədov deyir ki, əmək bazarında peşəkar kadrlara ehtiyac var

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 42 804 abituriyent iştirak edib. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki,  Azərbaycan ali təhsilli vətəndaşlarının sayı dünyadakı orta statistik göstəricidən aşağıdır: “Biz ali təhsilli hər kəsin işlə təmin olunmalı olduğunu düşünməməliyik. Müəyyən ixtisaslar var ki, onlara tələbat olmadığı halda onların ali təhsil müəssisələrində plan yerləri artır. Hesab edirəm ki, ali təhsilli vətəndaşların sayının artırılması ilə bağlı mühüm addımlar atılmalıdır”.

“Azərbaycanda əmək bazarında hələ də ali təhsilli, peşəkar kadrlara ehtiyac var. Bizim ali təhsil müəsssisələrimiz əmək bazarımızın tələblərinə cavab verən kadrlar hazırlaya bilmirlər. Ölkədə ali təhsilli insanların sayının artmasından narahat olmağa ehtiyac yoxdur” – deyə o bildirib.

48