Студия международного информационного агентства и радио Sputnik

MTRŞ rəsmisi: “Özəl kanallar yayımçılıqda xarici telekanallara uduzmamalıdır”

64
(Yenilənib 11:59 23.08.2017)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyir ki, yayımçılar problemlərin həlli üçün ümumilikdə düşünməlidirlər

"Son zamanlar məni narahat edən məsələlərdən biri də televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin artmasıdır". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Sputnik Azərbaycan-a deyir ki, efir məkanında olan problematik məqamlar narahatlıq doğurur: “Bunun qarşısını almaqda əsas iş televiziyaların öhdəsinə düşür. Efirdə maarifçiliyi təbliği edən verilişlərin sayı artmalıdır ki, bizim ziyalılarımız baxmağa veriliş tapa bilsin”.

“Özəl kanallar yayımçılıqda xarici telekanallara uduzmamalıdırlar. Kanallar bəzən əsas kimi maddi məsələləri önə çəkirlər. Ancaq bütün hallarda yayımçılar problemlərin həlli üçün ümumilikdə düşünməlidirlər. Biz demirik ki, ümumiyyətlə efirdə izləniləcək veriliş yoxdur. Efirlərimizdə maarifçiliyi təbliğ edən proqramlar heç də az deyil” – deyə o bildirib.

64