CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fotoqraf: “Yeni texnologiyaların fotoqrafiyada tətbiqi bu sahəyə marağı artırıb”

© Sputnik / Murad OrujovЧлен Объединения фотографов Руфат Абас
Член Объединения фотографов Руфат Абас - Sputnik Azərbaycan
Abunə olmaq
Fotoqraf Rüfət Abbas deyir ki, fotoqrafiya sahəsində kəmiyyət və keyfiyyətin disbalansı mövcuddur

Rüfət Abbas: “Gənc nəslin fotoqrafiyaya həvəs göstərməsi müsbət haldır”
Fotoqraf Rüfət Abbas Sputnik Azərbaycan-a deyir ki, yeni texnologiyaların fotoqrafiyaya daxil olması ilə bu sahədə işlər dəfələrlə tezləşmiş oldu: “Bunun həm müsbət, həm də fəsad törədən nəticələri olub. Yeni texnologiyalardan istifadə müəlliflərin sayının artmasına və işin asanlaşmasına gətirib çıxarıb. Bu da öz növbəsində həmin sahəyə marağı daha da artırıb”.

“Gənc nəslin fotoqrafiyaya həvəs göstərməsi müsbət haldır. Amma nəticə olaraq vəziyyət belədir ki, bu sahədə kəmiyyət və keyfiyyətin disbalansı mövcuddur. Müəyyən sahələrdə kəmiyyət keyfiyyəti üstələyir” – deyə o bildirib.

Xəbər lenti
0