Этибар Алиев, глава центра Образование XXI век

Ekspert: “Azərbaycanda məktəbəqədər təhsilə maraq azdır”

55
(Yenilənib 15:52 17.08.2017)
Təhsil eksperti Etibar Əliyev deyir ki, Təhsil Nazirliyinin həyata keçirdiyi layihə boşluğu doldurmağa çalışır

Etibar Əliyev: “Standartların keyfiyyət və nəticələri tərbiyəçi müəllimlərdən asılıdır”
Azərbaycanda məktəbəqədər təhsil sahəsi üzrə yeni dövlət standartları hazırlanıb. Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, hazırlanan standartların hası təsri göstərəcəyi zamanla bağlıdır: “Uşaqların məktəbəqədər təhsilə cəlb olunması səviyyəsi aşağıdır. Hətta post-sovet məkanına daxil olan ölkələrlə müqayisədə bu çox aşağıdır. Təhsil Nazirliyinin həyata keçirdiyi layihə bu boşluğu doldurmağa çalışır”.

“Məktəbəhazırlıq kurslarının təşkili uşaqların məktəbə hazırlıq səviyyəsini yaxşılaşdırır. Standartların və kurikulumun keyfiyyət və nəticələri tərbiyəçi müəllimlərdən asılıdır. Tərbiyəçi müəllimlər bu baxımdan təkmilləşməlidirlər” – deyə o bildirib.

55
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

Mais Ağayev: “Piyadalar bu işə fayda verməlidirlər”

28
(Yenilənib 16:37 21.04.2021)
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyir ki, piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər
Mais Ağayev: “Piyada təhlükəsizliyinin artırılması ilə bağlı zəruri addımlar atılır”

“Piyada təhlükəsizliyinin artırılması ilə bağlı həm Bakı Nəqliyyat Agentliyi, həm də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İctimai TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

“Lakin piyadaların vurulması və onların ölümü ilə nəticələnən hadisələrin olmaması üçün piyadalar da qarşılıqlı olaraq bu işə fayda verməlidirlər. Piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər”.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Sabunçu rayonunda ana və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzası baş vermişdi.

Mais Ağayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

28
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

92
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

92
Teqlər:
klublar, UEFA, futbol
Rusiyada vaksinasiya, arxiv şəkli

Vaksinasiya prosesində yanlışlığa görə iki həkim işdən çıxarıldı

0
(Yenilənib 15:05 22.04.2021)
Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

BAKI, 22 aprel — Sputnik. "Vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

0
Teqlər:
işdən qovulma, həkim, vaksinasiya, vaksin