CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qan Turalı: “Dilin inkişafı üçün cəmiyyət kitab oxumalıdır”

© Photo : T.Cəfərovun şəxsi arxivindənTural Cəfərov, yazar
Tural Cəfərov, yazar - Sputnik Azərbaycan
Abunə olmaq
Yazıçı Qan Turalı deyir ki, mətbuatda dilimizin düzgün işlənməsi aşağı səviyyədədir

Qan Turalı: “Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı problemlər çoxdur”
"Azərbaycan dilinin inkişafı və işlədilməsi ilə bağlı çoxlu problemlər var". Sputnik Azərbaycan xəbər verir ki, bunu yazıçı Qan Turalı deyib: “Azərbaycan dili dünyada ən qədim yazılı tarixə malik dillərdən biridir. Dil özünəməxsus qanunauyğunluqları ilə inkişaf edir. Bu gün Azərbaycan dilinin işləməsi ilə bağlı mətbuatda çoxlu problemlər var. Mətbuatda dilimizin düzgün işlənməsi çox aşağı səviyyədədir”.

“Dilin yaradıcısı xalqdır. Son zamanlar hər kəs orfoqrafik qaydaların pozulmasından şikayət edir. Bunun səbəbi odur ki, insanlar kitab oxumurlar. Dildə inkişafın olmağı üçün cəmiyyət kitab oxumalıdır” – deyə o bildirib.

Xəbər lenti
0