Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın “İuda”sı Avropaya gedir

© Photo : © Courtesy of Cavid ZeynallıAzərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı
Azərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, ənənəvi olaraq keçirilən beynəlxalq festivalda dünyanın bir çox ölkələri iştirak edəcək

Cavid Zeynallı: “Kollektivimizin uğurla çıxış edəcəyinə inanırıq”
Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək. Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Sputnik Azərbaycana deyir ki, bu festival Bolqarıstanın Varna şəhərində keçiriləcək Monotamaşalar Festivalıdır:

“Akademik Milli Dram Teatrının kollektivi festivalda “İuda” tamaşası ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək” “Monotamaşalar Festivalı Bolqarıstanda ənənəvi olaraq keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılacaq. İnanırıq Azərbaycanı bu festivalda təmsil edəcək teatr xadimləri uğurla çıxış edəcəklər” – deyə o bildirib.

Xəbər lenti
0