Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

“ABŞ anlayır ki, Azərbaycanla münasibətləri genişləndirmək lazımdır”

© Sputnik / Murad OrujovПолитолог Тофик Аббасов
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, ABŞ-da Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin vacibliyini anlayırlar

Tofiq Abbasov: “Münasibətlərin inkişafının dünya birliyinə xeyiri çox olacaq”
“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, ABŞ-da gözəl anlayırlar ki, Azərbaycanın siyasi elitasının həyata keçirdiyi kurs dünya nizamının formalaşmasına və praqmatik mahiyyət daşımasına hesablanıb: “Onlar anlayır ki, Azərbaycanla münasibətləri genişləndirmək lazımdır. Münasibətlər genişlənirsə, inkişaf edirsə, bu başqa dövlətlərin zərərinə deyil”.

“Bəzi ölkələr belə qəbul edir ki, Azərbaycan ABŞ-ın diktə etdiyi üslubla oynamağa başlayır. Bu belə deyil. Azərbaycan və ABŞ arasında gərgin məqamlar kifayət qədər çox olub. Münasibətlərin yeni mərhələyə qədəm qoyması o deməkdir ki, artıq ortaq planlar da var. Bu münasibətlərin inkişafının dünya birliyinə xeyiri çox olacaq” – deyə o bildirib.

Xəbər lenti
0