Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral

Səfir: “Türk xalqı cümhuriyyətinə xainlik edənləri cəzalandırdı”

56
(Yenilənib 13:17 14.07.2017)
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyir ki, həmin gün türk xalqı varlığına qəsd edən düşmənlərə və içindən çıxan xainlərə qarşı mübarizə aparıb

Erkan Özoral: “15 iyulda insanlar canları ilə xəyanəti əngəlləməyə çalışdı”
"15 iyul tarixdə unudulmayacaq günlərdən biridir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib: “15 iyulda türk xalqı cümhuriyyətinə qarşı xainlik edildiyi gün tək ürək olaraq düşmənlərinin qarşısına çıxdı. Türk xalqı varlığına qəsd edən düşmənlərə və içindən çıxan xainlərə qarşı 15 iyulda mübarizə apardı”.

“Türk xalqının hər fərdi 15 iyulda prezidentin bir çağırışı ilə küçələrə çıxaraq vəzifəsinin bu olduğuna inanaraq, millətin digər fərdlərinin qurtuluşu üçün canı ilə bu xəyanəti əngəlləməyə çalışdı. O gecədə 250 insan şəhid oldu. Türk xalqı hər zaman onları yad edəcək” – deyə o bildirib.

56

Tərcüməçi məşhur qazax şairi Abayın dilimizə tərcümə olunan yeni kitabından danışır

5
(Yenilənib 14:14 27.11.2020)
Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan deyir ki, indiyə qədər qazax ədəbiyyatından Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb
Elxan Zal Qaraxan: “Abay qazaxlar üçün böyük şairdir”

Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan Sputnik Azərbaycan-a deyir ki, müstəqillik dövründən bu yana  bir çox qazax ədəbiyyatı nümunələri fond tərəfindən tərcümə edilərək nəşr olunub:

“Qazax ədəbiyyatından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb. Son olaraq isə qazax ədəbiyyatının klassiklərindən hesab olunan Abay Kunanbayevin yaradıcılığı qazax dilindən Azərbaycan dilinə tərcümə edilərək nəş edildi. Abay qazaxlar üçün böyük şairdir. Qazaxıstan yazılı ədəbiyyatında Abaya qədər elə böyük şair olmayıb”.

Elxan Zal Qaraxanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Vüsal Qasımlı

Vüsal Qasımlı post-konflikt quruculuğunun prioritetlərini açıqlayır

21
(Yenilənib 10:17 27.11.2020)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyir ki, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır
Vüsal Qasımlı: “Azad edilmiş ərazilərə sərmayə qoyuluşu ÜDM-in artımını sürətləndirəcək”

“Post-konflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcəkdir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Post-konflikt quruculuğunun əsas istiqamətləri barədə suallara cavab verərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

“Post-konflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcəkdir. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcəkdir. Dünya təcrübəsində post-konflikt dövründə büdcə resurslarının səfərbər olunması və yenidən prioritetləşdirilməsi müşahidə edilir. Azərbaycanda mövcud şəraitdə bu modeldən istifadə etmək daha məqsədəuyğun ola bilər.  Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcəkdir” – deyə o bildirib.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21
İranda Möhsün Fəxrizadəni öldürdüyü yer

ABŞ İran vahid mövqedə: Hər ikisi alimin ölümündə İsraili günahlandırır

17
(Yenilənib 14:36 28.11.2020)
İranlı fizik Möhsün Fəxrizadənin İsrail tərəfindən öldürdüyünü düşünən Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyat xidmətləri İsrailin İranın nüvə proqramının yaradıcılarından biri, iranlı fizik Möhsün Fəxrizadəni öldürdüyünü düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.

Nəşrin məlumatına görə, adı çəkilməyən bir amerikalı məmur və kəşfiyyat orqanlarının iki əməkdaşı alimin öldürülməsinin arxasında İsrailin durduğunu bildirib.

Qəzet, həmçinin ABŞ-ın bu əməliyyat barədə əvvəlcədən məlumatlı olmasına dair dəqiq məlumatın olmadığını da qeyd edib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

İran da alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

17
Teqlər:
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi, Ağ Ev, nüvə, İsrail, İran, ABŞ