CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məleykə Abbaszadədən dövlət orqanlarına çağırış

© Sputnik / Murad OrujovМалейкя Аббасзаде
Малейкя Аббасзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, vətəndaşlara xidmət göstərmək üçün xüsusi proqram təminatı hazırlanıb

Məleykə Abbaszadə: “Oktyabr ayında sertifikasiyaya aid olan yeni test imtahanı keçiriləcək”
"Dövlət qulluqçularının güzəştlərdən istifadə etməsinə görə məlumatları dövlət reyestrindən əldə edirik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib: “Vətəndaşlara xidmət göstərmək üçün xüsusi proqram təminatı hazırlanıb. Bu iş təkcə DİM-dən asılı deyil. Bu iş dövlət orqanları ilə birgə aparılır. Bu prosesdə məsuliyyətli olmaq, informasiyaları düzgün daxil etmək dövlət orqanlarının nümayəndələrinin öhdəsinə düşür”.

“Əgər informasiyalar dövlət reyestrinə düzgün və vaxtında daxil edilməzsə, cərimələr nəzərdə tutulubdur. Bu modellə əlaqədar ilk hüquqi imtahanları keçirməzdən əvvəl sınaqlara və təlim proseslərinə başlayacağıq. Oktyabr ayında sertifikasiyaya aid olan yeni test imtahanının keçirilməsi nəzərdə tutulur” – deyə o bildirib.

Xəbər lenti
0