Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Ekspert: “Bakıda söküntü işlərinə “xruşovka”lardan başlamaq lazım deyildi”

260
(Yenilənib 10:42 10.07.2017)
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, şəhərsalma proqramı ardıcıllıqla getməlidir

"Bakı şəhərinin baş planında “xruşovka”lar da daxil olmaqla, 5 və ondan aşağı mərtəbəli tikililərin sökülməsi nəzərdə tutulub". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib: “Sadəcə burada “xruşov” layihəli binaların söküləcəyi yanaşması düzgün deyil. Çünki şəhərin mərkəzində italyan, fransız layihəli  digər köhnə tikililər var ki, olar “xruşov” layihəli binalardan həm əvvəl tikilib və həm də yaşayış imkanları daha geri qalır”.

“Düşünürəm ki, paytaxtın baş planına uyğun olaraq “xruşov” layihəli evlərin söküntüsünə başlamadan öncə 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin sökülməsinə ehtiyac var. Şəhərsalma proqramı ardıcıllıqla getməlidir. Ola bilsin qərar qəbul edən şəxslərin subyektiv yanaşmaları var. Mən bu fikri bölüşmürəm Ona görə hesab edirəm ki, bu proqram həyata keçirilməlidir, ancaq ardıcıllıqla” – deyə o bildirib.  

260