Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vüqar Bayramov: “Əmək hüquqlarının qorunmasında çətinliklər artıb”

Abunə olmaq
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, əmək müqavilələrinin elektronlaşdırılması son illər aparılan islahatların ən önəmlisidir

Vüqar Bayramov: “İşçilərin sayının azaldılması da əmək hüquqlarının qorunmasında xeyli çətinliklər yaradır”
"Post neft dövründə əmək hüquqlarının qorunmasının çətinlikləri daha da artıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib: “Bu həm əmək müqavilələrinin bağlanması ilə bağlı, həm də əmək müqaviləsi olmadan fəaliyyət göstərən işçilərin sayının artması ilə bağlıdır. Həmçinin bir sıra sahələrdə işçilərin sayının azaldılması da əmək hüquqlarının qorunmasında xeyli çətinliklər yaradır. Son illər aparılan islahatların ən önəmlisi əmək müqavilələrinin elektronlaşdırılması ilə bağlıdır”.

“Əmək müqavilələrinin elektronlaşdırılması əmək müqavilələrinin bağlanması prosesinə elektron nəzarətin formalaşmasına imkan verir. Eyni zamanda bu imkan verir ki, daha leqal şəkildə əmək müqavilələri bağlanmış olsun. İş yerlərinə mütəmadi olaraq gedib əmək müqavilələrinin bağlanması və hüquqların qorunmasını yoxlamaq texniki baxımdan mümkün deyil. Bu həm də sahibkarlıq fəaliyyətinə müdaxilənin azaldılması baxımından vacibdir” – deyə o bildirib.

Xəbər lenti
0