Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Azərbaycana gələn turistlərin sayı gedənləri üstələməyə başlayıb”

© Photo : UNECƏli Əlirzayev
Əli Əlirzayev - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad Universitetinin professoru Əli Əlirzayev deyir ki, regionlarda turizm infrastrukturunun yaxşılaşması yerli əhalinin rayonlara üz tutmasına imkan yaradır

Əli Əlirzayev: “Azərbaycanın regionları turizm resursları ilə zəngindir”
"Azərbaycanda daxili turizmin inkişaf potensialı yüksəkdir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında İqtisad Universitetinin professoru Əli Əlirzayev deyib: “Rayonların sosial-iqtisadi inkişafı məsələləri həll olunur. Regionlarda turizm resursları zəngindir. Həmçinin regionlarda ev təsərrüfatları inkişaf edir, mənzil şəraiti yaxşılaşdırılır. Bu kimi hallar yerli əhalini istirahət etmək üçün rayonlara üz tutmasına imkan yaradır”.

“Nəqliyyat xidmətinin yaxşılaşması, otel təsərrüfatının inkişafı bunlar hamısı daxili turizmin potensialını artırır. Yerli əhalinin xaricə üz tutmasının müəyyən səbəbləri var. Əminliklə demək olar ki, Azərbaycanda gəlmə turizminin inkişafı getmə turizmini üstələməyə başlayıb” – deyə o bildirib.

Xəbər lenti
0