CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Azərbaycan kiber hücumlardan yetərincə qorunmayıb”

© Photo : Courtesy of Osman GunduzOsman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan İnternet Forumunun prezidenti deyir ki, ölkədə təhlükəsizliyi təmin etmək üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var

Osman Gündüz: “Bu prosesin heç vaxt sonu olmayacaq”
Rusiya, Ukrayna, İspaniya, Fransa, Danimarka, Böyük Britaniya, Hindistan və bir çox başqa ölkələrdəki kompüter şəbəkələri güclü kiber hücuma məruz qalıblar. Virus həmçinin iri infrastruktur obyektləri də sıradan çıxarır. Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən "Petya" virusunun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış "WannaCry" virusundan daha zərərli olduğunu iddia edirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycana bildirib ki, bizim ölkədə bu istiqamətdə bir sıra addımlar atılsa da, bəzi problemlər qalmaqdadır: "Bir neçə müddət bundan öncə bir sıra banklarda ciddi problemlər olmuşdu. Müəyyən şəxslər tərəfindən banklarda hesablara daxil olmağa qədər güclü hücumlar olub".

"İnkişaf olduqca, bu problemlər də artma istiqamətində gedəcək. Ona görə də aidiyyatı qurumlar bununla bağlı texnologiya, kadrlar və resurslar cəhətdən ciddi təbdirlər görməlidirlər. Bu davam edən prosesin heç vaxt sonu olmayacaq. Yeni texnologiyalarla bağlı gərək yeni təhlükəsizlik tədbirləri görülsün" — deyə Osman Gündüz bildirib.

Xəbər lenti
0