Vüqar Səfərli

Vüqar Səfərli jurnalistlərə xəbərdarlıq etdi

155
(Yenilənib 14:25 01.07.2017)
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyir ki, sənədlərdə şübhəli məqamlar olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilib

Biz jurnalistlərə mənzil verilməsi ilə bağlı sənəd toplayarkən bir çox saxtakarlıqlarla qarşılaşdıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. “Orada şərtlərdən biri 10 il fasiləsiz əmək stajının olmasıdır. Lakin təqdim olunan bəzi əmək kitabçalarında şübhəli məqamlar olduğu üçün biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərib cavablarını almışıq”.

“2006-cı ildən ƏƏSMN tərəfindən bütün idarələrə sosial kartlar verilib. Ancaq işçilər var ki, bu sosial kartın nə olduğunu bilmir. İnsanlar var ki, 5-10 il işləyib onların əməyi 1 gün belə qeydiyyata alınmayıb. Bu cinayətdir, sənədi saxtalaşdırmaqdır. Gələcəkdə o insanlar təqaüdə çıxanda stajı olmayacaq” – deyə o bildirib.

155